Kibertəhlükəsizlik - internetin istifadəsinin artması bu sahənin də inkişafına öz təsirini göstərdi.Məlumatların saxlanılması nə qədər vacibdirsə,qorunması da bir o qədər vacibdir.Bütün dünyada olduğu kimi Azərbaycanda da bu sahənin inkişaf etməsi üçün,özək hissəmiz olan Kiber Təhlükəsizlik Platforması daxilində fəaliyyətlər yürüdərək bu sahəyə öz töhfəmizi veririk.
Front-end veb brouzerlərdə istifadəçiyə görünən hissədir. Həmçinin “client-side” (istifadəçi hissə) də adlandırılır. O özündə yazıları,rəngləri,düymələri,şəkilləri və nəzarətçi meyunu da birləşdirir.Komandamızda digər sahələr kimi bu sahədə də ixtisaslaşmış,peşəkar developerlər fəaliyyət göstərir.
Java-nı quraşdırmasanız işlədə bilməyəcəyiniz bir çox proqram və vebsaytlar var və onların sayı günü-gündən artır. Java sürətli, təhlükəsiz və etibarlıdır. Noutbuklardan məlumat saxlama mərkəzlərinə, oyun konsollarından elmi superkompüterlərə, mobil telefonlardan internetə qədər Java hər yerdədir! Komandamızda fəaliyyət göstərən Java Developerlər də yeni layihələr yaradaraq Azərbaycanda bu sahənin inkişafına şərait yaradır.
Python-proqramlaşdırma dili maşın öyrənməsi, sistemlərin avtomatlaşdırılması, veb və API inkişafı və s. üçün əsasdır. Son bir neçə ildə Python müasir proqram təminatının inkişafı, infrastrukturun idarə edilməsi və məlumatların təhlili üçün dünya səviyyəli proqramlaşdırma dili kimi ortaya çıxdı.Komandamız da öz növbəsində Python development sahəsində yeniliklər yaratmaq üçün çalışır.
H.Əliyev adına istirahət parkı Sulh Street. 1102 Baku, Azerbaijan
[email protected]
Creative Developers Club: (+994) 99 363 53 33 Kiber Təhlükəsizlik Platforması: (+994) 51 230 09 00